Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkiləri günü mindən çox şikayəti qeydə alıb.
Tvit.az xəbər verir ki, bunu MSK nümayəndəsi Giorgi Santuriani brifinqdə deyib.
“Bu il 2024-cü il parlament seçkiləri ilə əlaqədar ümumilikdə 1170 şikayət yazıb”, - Santuriani bildirib.
MSK nümayəndəsi onu da qeyd edib ki, əvvəlki seçki dövrü ilə müqayisədə şikayətlərin sayı azalıb. Belə ki, onun sözlərinə görə, 2020-ci il parlament seçkiləri zamanı 2014, 2021-ci ildə yerli hakimiyyət orqanlarına seçkilərdə isə 1840 şikayətə hazırda rayon seçki komissiyalarında baxılır. Onların qərarları üçün son tarix noyabrın 3-dür, bundan sonra şikayətlərə baxılması birbaşa MSK-ya davam etdiriləcək.
Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanda ilk dəfə elektron seçki qutuları ilə parlament seçkiləri keçirilib. "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyası 53,93% səs toplayaraq qalib gəlib və təkbaşına hökumət qurmaq hüququ əldə edib.
Aysel Şirinova