Skandinaviya ölkələri oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində baş verən pozuntular barədə məlumatların araşdırılması tələbləri ilə razılaşırlar.
Tvit.az xəbər verir ki, bu barədə Danimarka, Finlandiya, İslandiya, Norveç və İsveç xarici işlər nazirlərinin İsveç hökumət ofisi tərəfindən dərc edilmiş birgə bəyanatında qeyd edilib.
"Biz Skandinaviya ölkələri, oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkiləri öncəsi və seçkiləri zamanı pozuntular barədə məlumatların hərtərəfli və müstəqil təhqiqat aparılması ilə bağlı beynəlxalq tələblərlə razıyıq. Seçki prosesinin bütövlüyü ilə bağlı şübhələri aradan qaldırmaq çox vacibdir", - sənəddə deyilir.
Aysel