Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Home turizm Gənc oğlan avtomobilində sevgilisini DÖYDÜ
turizm

Gənc oğlan avtomobilində sevgilisini DÖYDÜ

24-10-2024 20:00 56 Views
IMG

Bakının Yasamal rayonunda 1995-ci il təvəllüdlü Fazil qısqanclıq zəminində yaranan mübahisə zamanı Nərminəyə (adlar şərti göstərilib - red.) xəsarət yetirib.

 

Demokrat.az-ın məlumatına görə, hadisə bu ilin fevralın 13-də Yasamal rayonu, Tbilisi prospekti, 49 ünvanında baş verib. Fazil həmin ünvanda idarə etdiyi "Toyota Corolla" markalı avtomobildə hərəkətdə olarkən qeyri-rəsmi münasibətdə olduğu Nərminə ilə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı onu qəsdən yumruqla vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

 

Hadisəni törədən Fazilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.


Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fazil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

 

O, ifadəsində göstərib ki, təxminən 2 ildir Nərminə ilə qeyri-rəsmi münasibətdədir:

 

"Münasibətdə olduğum müddətdə Nərminə ilə heç bir mübahisəm olmayıb. Hadisə günü təxminən saat 13:00-da Tbilisi prospekti, 49 ünvanında idarə etdiyim avtomobil ilə Nərminəni yaşadığı ünvandan götürdüm. Hərəkətdə olan zaman Nərminə ilə aramızda qısqanclıq zəminində mübahisə yarandı. Mübahisə zamanı Nərminə mənimlə kobud və yüksək əslə danışdığı üçün əsəbiləşdim. Əsəblərimi cilovlaya bilmədim və əlim ilə onun baş nahiyəsinə yumruqla vurdum. Həmin vaxt Nərminə zərbəmin qarşısını almaq üçün sol əlini başıma qoydu və mənim yumruq zərbəm onun sol əlinə dəydi".

 

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Nərminəni sakitləşdirib və yaşadığı ünvana gətirib:


"Sonradan Nərminənin barəmdə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək onu vurmağım barədə məlumat verməyindən xəbərim oldu. Törətdiyim əməldən səmimi peşman olmuşam. Hazırda Nərminə ilə barışmışam. Nərminənin mənə qarşı heç bir şikayəti yoxdur".

 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Nərminənin sözlərinə görə, təxminən 2 ildir Fazil ilə qeyri-rəsmi münasibətdədir:

 

"Hadisə günü təxminən saat 13:00-da Fazil idarə etdiyi avtomobili ilə məni yaşadığım ünvandan götürdü. Maşında olan zaman Fazil mənimlə qısqanclıq zəminində mübahisə etməyə başladı. Mübahisə zamanı əsəblərimi cilovlaya bilmədim, ona qarşı kobud və yüksək səslə danışdım. Bunun üçün aramızda mübahisə yarandı. Qısa müddətdən sonra Fazil əli ilə baş nahiyəmə yumruqla vurmaq istədi. Əlimi onun zərbəsinin qarşısını almaq üçün başıma qoydum. Fazilin yumruğu mənim sol əlimə dəydi. Bundan sonra Fazil məni sakitləşdirərək yaşadığım evə gətirdi. Sonradan hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək müraciət etmək qərarına gəldim. Mən hadisə zamanı sol əl nahiyəmdən xəsarət almışam. Xəsarəti mənə Fazil yetirib".

 

Bu cinayət işinə Yasamal Rayon Məhkəməsində baxılıb.


Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Fazilin barəsində olan cinayət təqibinə xitam verilib.


O, cinayət məsuliyyətindən azad edilib.