Bu ilin əvvəlindən yeni metodlarla dövlət başçısına qarşı kibertəhdidlərin şahidi olduq. Müxtəlif hiperlinklər yaradılır və saxta müsahibələr paylaşılırdı".
"Tvit.az" xəbər verir ki, bunu Milli Məclisdə keçirilən “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda ictimai müzakirədə Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli deyib.
O bildirib ki, burada məqsəd Azərbaycan insanının fikrini çaşdırmaq, informasiya mühitini çirkləndirmək və ölkəmiz haqqında düzgün məlumatların qarşını almaqdır:
"Dezinformasiyalar daha çox sosial şəbəkələr üzərindən yayılır".