İqtisadiyyat naziri Mikayıl Cabbarov "ExxonMobil" korporasiyasının vitse-prezidenti Con Ardillə görüşüb.
Tvit.az xəbər verir ki, bunu iqtisadiyyat naziri "X" sosial şəbəkəsindəki hesabında paylaşıb.
"Görüşdə şirkətlə uzunmüddətli tərəfdaşlığımızı, həmçinin enerji sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik".