Gəncə şəhərinə edilən hücumlar nəticəsində dövlət mülkiyyətində olan 21 sayda daşınmaz əmlaka zərər yetirərək 14.126.682 manat maddi ziyan vurulub.
"Tvit.az" xəbər verir ki, bu barədə Gəncəyə beşinci raket hücumunun dördüncü ildönümü ilə bağlı media üçün keçirilən brifinqdə çıxışı zamanı Baş Prokurorluğun İstintaq idarəsinin böyük prokuroru Şahin Osmanov deyib.
“3.396 fiziki şəxsə məxsus 3.469 sayda daşınmaz əmlaka zərər yetirərək 72.407.444 manat, 85 fiziki şəxsə məxsus 92 nəqliyyat vasitəsinə zərər yetirərək 230.168 manat, 83 fiziki şəxsə məxsus sahibkarlıq obyektlərinə zərər yetirərək 597.350 manat, 1 fiziki şəxsə məxsus kənd təsərrüfatı obyektinə zərər yetirərək 2400 manat olmaqla, ümumilikdə 3.565 fiziki şəxsə məxsus daşınmaz və daşınar əmlaklara zərər yetirərək 73.237.362 manat, 1 hüquqi şəxsə məxsus 1 daşınmaz əmlaka zərər yetirərək 285.946,87 manat, 11 hüquqi şəxsə məxsus sahibkarlıq obyektlərinə (o cümlədən avadanlıq, alət və digər inventarlara) zərər yetirərək 60.205 manat olmaqla, ümumilikdə 12 hüquqi şəxsə məxsus daşınmaz və daşınar əmlaklara zərər yetirərək 346.151 manat olmaqla nəticədə xüsusi mülkiyyət üzrə ümumilikdə 3.577 fiziki və hüquqi şəxslərə məxsus daşınmaz və daşınar əmlaklara zərər yetirərək 73.583.514 manat olmaqla ümumilikdə, Gəncə şəhəri ərazisində 21 sayda dövlət mülkiyyətinə, 3.565 fiziki şəxsə və 12 hüquqi şəxsə ümumilikdə xüsusilə külli miqdar təşkil edən 87.710.196 manat məbləğində qəsdən maddi ziyan vurulub”,- deyə Ş.Osmanov bildirib.