Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti çətinləşib
sosial

Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti çətinləşib

28-02-2025 22:00 28 Views
IMG

Hazırda paytaxtın bəzi küçə və prospektlərində yolun qarlı və buzlu olması səbəbindən nəqliyyatın hərəkəti çətinləşib.

"Tvit.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumat yaıb. 

Hazırda yollardakı vəziyyət:

1. Əbdülvahab Salamzadə küçəsi, “Xutor” dairəsi, “3-cü mirkorayon dairəsi” istiqamətində;

2. Ziya Bünyadov prospekti, “Koroğlu” metro stansiyasının qarşısı, Qara Qarayev prospekti istiqamətində;

3. Bakı dairəvi yolu, Biləcəri istiqamətində;

4. Tbilisi prospekti, mərkəz istiqamətində;

5. Bakı-Sumqayıt şosesi, hər iki istiqamətdə sıxlıq müşahidə olunur.