Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home iqtisadiyyat Əli Əsədov: "Xəzəryanı ölkələrlə ticarətimiz 6 %-dən çox artıb"
iqtisadiyyat

Əli Əsədov: "Xəzəryanı ölkələrlə ticarətimiz 6 %-dən çox artıb"

18-02-2025 13:00 68 Views
IMG

2024-cü ildə Azərbaycanın Xəzəryanı ölkələrlə ticarət dövriyyəsinin ümumi dəyəri 2023-cü illə müqayisədə 6 %-dən çox artıb.

 

Tvit.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov bu gün İranın paytaxtı Tehranda keçirilmiş Üçüncü Xəzər İqtisadi Forumunda bildirib.

 

"Azərbaycanla Xəzəryanı dövlətlər arasında iqtisadi-ticari əməkdaşlıq dinamik inkişaf edir. Xəzər İqtisadi Forumu əməkdaşlığın aktual məsələlərinin müzakirəsi üçün mühüm platformadır", - deyə o qeyd edib.