Bakı-Sumqayıt yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Tvit.az" apa-ya istinadən xəbər verir ki, "Toyota Prius" minik avtomobili yolu keçən qadını vurub.
Piyada hadisə yerində ölüb. Əraziyə polis əməkdaşları cəlb edilib.
Qeyd edək ki, minik avtomobilinin sürücüsü hadisə yerindən qaçıb.