Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Üç gün əvvəl dənizdə batan tələbələrin meyiti tapıldı
turizm

Üç gün əvvəl dənizdə batan tələbələrin meyiti tapıldı

22-09-2026 10:00 21 Views
IMG

Üç gün əvvəl Bilgəhdə dənizdə batan iki şəxsin meyiti tapılıb.

 

Bu barədə Tvit.az-a FHN-dən məlumat verilib.


Bildirilib ki, sentyabrın 19-u Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2008-ci il təvəllüdlü olan Əlizadə Əlipaşa Natiq oğlunun və 2008-ci il təvəllüdlü Əmrəliyev Elmin Elman oğlunun meyitləri FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Qeyd edək ki, hər iki gəncin tələbə olduğu bildirilir.