Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Bakıda tanınmış həkim əməliyyatdan sonra öldü
turizm

Bakıda tanınmış həkim əməliyyatdan sonra öldü

21-09-2026 13:00 19 Views
IMG

Avqustun 31-i Bakıda cərrahi əməliyyat keçirən 1995-ci il təvəllüdlü Şahin Tofiq oğlu Tağıyev vəfat edib.

 

Tvit.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, həkim-stomatoloq olan Ş.Tağıyev əməliyyatdan sonra səhhətinin ağırlaşması səbəbindən həyatını itirib.

 

Yaxınları bildiriblər ki, ötən ayın son günündə Şahin Tağıyev Dövlət Sərhəd Xidmətinin hospitalında ödündəki problemə görə əməliyyat olunub. Lakin bundan sonra onun səhhətində ağırlaşma başlayıb və özəl klinikaya köçürülüb. Daxili qanaxma və digər ağırlaşmalar səbəbindən gənc həkim xeyli vaxt reanimasiyada saxlanılıb, ona 80-ə yaxın şəxs qan verib.