Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Aİ husilərin hücumlarından sonra Qırmızı dənizdə gəmilərinin hazırlığını artırıb
dünya

Aİ husilərin hücumlarından sonra Qırmızı dənizdə gəmilərinin hazırlığını artırıb

18-09-2026 17:00 20 Views
IMG

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə rəhbəri Kaja Kallas husilərin Səudiyyə Ərəbistanına hücumlarını “qəbuledilməz” adlandırıb.

 

Tvit.az "Əl-Cəzirə"yə istinadən xəbər verir ki ben, Kallas bildirib ki, təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda Aİ-nin ASPIDES əməliyyatı çərçivəsində fəaliyyət göstərən gəmilərinin hazırlıq səviyyəsi artırılıb. O qeyd edib ki, gəmilər müşayiət missiyalarını davam etdirir.

 

ASPIDES Aİ-nin ticarət gəmilərini husi hücumlarından qorumaq məqsədilə 2024-cü ilin fevralında başladığı müdafiə xarakterli dəniz təhlükəsizliyi əməliyyatıdır.

 

Kallas Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Faysal bin Fərhan Əl Səudla Yəməndə döyüşlərin dayandırılması və Hörmüz boğazında naviqasiya azadlığının bərpası ilə bağlı diplomatik səyləri müzakirə etdiyini bildirib.

 

O, X-də yazıb: “Dəniz keçidi maneəsiz və ödənişsiz olmalıdır. Avropa Qırmızı dənizdə gəmiçiliyi husi hücumlarından qorumağa kömək edir.”

 

Aysel Şirinova