Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Pakistanda məsciddə partlayış: Ölənlər və yaralananlar var
dünya

Pakistanda məsciddə partlayış: Ölənlər və yaralananlar var

18-09-2026 15:00 23 Views
IMG

Bu gün Pakistanın şimal-qərbində yerləşən Xeybər-Paxtunxva əyalətinin Kohat şəhərində məsciddə partlayış baş verib.


Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.


Məlumata görə, hadisə polis idarəsi kompleksinin ərazisində yerləşən məsciddə baş verib. Partlayış nəticəsində azı 7 nəfər həlak olub, 30-dan çox şəxs yaralanıb. Yaralılar xəstəxanalara çatdırılıb.


Partlayıcı maddələrlə yüklənmiş nəqliyyat vasitəsi polis idarəsinin binasına çırpılıb. Lakin partlayışın dəqiq səbəbi hələ müəyyən edilməyib.


Elmin Alışov