Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Çində 450 km mənzilli nüvə tankı konsepsiyası hazırlanıb
dünya

Çində 450 km mənzilli nüvə tankı konsepsiyası hazırlanıb

17-09-2026 23:00 22 Views
IMG

Çinli hərbi tədqiqatçılar kiçik nüvə reaktoru və elektromaqnit topu ilə təchiz edilmiş yeni nəsil tank konsepsiyası təqdim ediblər.

 

Tvit.az-ın xarici mediaya istinadla xəbərinə görə, 2045-ci ildən sonra təxminən 60 tonluq belə bir tankın yaradılmasını nəzərdə tutur. Tankın 10 MVt gücündə nüvə reaktoru və 50 meqacoulluq rels topu (railgun) ilə təchiz edilməsi təklif olunur.

Tədqiqatçıların hesablamalarına görə, mərmi saniyədə təxminən 3,5 kilometr sürət yığa, nəzəri atəş məsafəsi isə 450 kilometrə çata bilər.

Layihənin mərhələli şəkildə həyata keçirilməsi təklif olunur. İlk mərhələdə elektromaqnit silahının adi tanklara quraşdırılması, daha sonra isə nüvə enerji qurğusuna keçilməsi planlaşdırılır.

Bununla belə, söhbət hələlik yalnız elmi konsepsiyadan gedir. Mütəxəssislər reaktorun tankda yerləşdirilməsi və qorunması, soyutma sistemi, həmçinin rels topunun güclü impulsu üçün enerjinin toplanması ilə bağlı ciddi texniki problemlərin olduğunu bildirirlər.

Layihənin praktiki reallaşdırılması üçün əlavə hesablamalar və sınaqların aparılması tələb olunur.