Livanın xarici işlər naziri Yusif Raci ilə Böyük Britaniyanın Yaxın Şərq və Şimali Afrika üzrə dövlət naziri Stiven Douti arasında telefon danışığı baş tutub.
Tvit.az xəbər verir ki, Livanın Milli Xəbər Agentliyinin məlumatına görə, Douti ölkəsinə “sarsılmaz və daimi dəstək” ifadə edib.
Raci isə Britaniyadan İsrailə Livan ərazisinə davam edən hücumları dayandırması üçün təzyiq göstərməsini istəyib. O, bunu apreldə əldə olunan atəşkəs razılaşmasına baxmayaraq, İsrailin ölkənin cənubuna demək olar ki, hər gün zərbələr endirməsi ilə əsaslandırıb.
Aysel Şirinova