Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya İsveç İran diplomatını ölkədən qovdu
dünya

İsveç İran diplomatını ölkədən qovdu

17-09-2026 15:00 35 Views
IMG

İsveç xarici işlər nazirliyi İranın Stokholmdakı səfirliyinin əməkdaşından ölkəni tərk etməsini tələb edib. 


Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.


İsveç XİN bununla bağlı İranın ölkədəki səfirini nazirliyə çağırıb. Nazirliyin açıqlamasında səfirlik əməkdaşının Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına uyğun gəlməyən fəaliyyətlə məşğul olduğu bildirilib.


Açıqlamada həmin əməkdaşın hansı fəaliyyətə görə ölkədən çıxarıldığı barədə əlavə məlumat verilməyib.


Elmin Alışov