Almaniya kansleri Fridrix Merz gələn həftə Nyu-Yorka planlaşdırılan səfərini ləğv edib.
Tvit.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, səfər çərçivəsində BMT Baş Assambleyasının iclaslarında iştirak etməli idi. Hökumət bildirib ki, onun Berlində olması zəruridir. Qərar Merzin siyasi gələcəyi ətrafında artan siyasi təzyiqlər və Meklenburq-Ön Pomeraniya ilə Berlin əyalətlərində keçiriləcək seçkilər ərəfəsində qəbul edilib.
Qeyd edilib ki, Almaniyanı Baş Assambleyada onun əvəzinə xarici işlər naziri Vadeful təmsil edəcək.
Aysel Şirinova