Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Azərbaycan Prezidenti: "Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib"
sosial

Azərbaycan Prezidenti: "Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib"

15-09-2026 17:00 31 Views
IMG

"Ermənistanın arxasında duran böyük dövlətlər, o cümlədən və ilk növbədə, mənfur Minsk qrupunun həmsədr ölkələri bütün bu işləri ört-basdır etmək istəyirdi. Ermənistan işğal edilmiş torpaqlara heç bir xarici müşahidəçi buraxmırdı".

 

Tvit.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə danışıb.

 

Beynəlxalq təşkilatların da buna səssiz qaldıqlarını vurğulayan dövlətimizin başçısı bildirib:


"Birləşmiş Millətlər Təşkilatı, - hansı ki, Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdi ki, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələri çıxarılmalıdır, - səssiz qalıb, ATƏT səssiz qalıb. Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib. Avropa Parlamenti işğalçı Ermənistana hər zaman dəstək verib və bu gün də bu belədir".