Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Keçmiş nişanlısından qurtulmaq üçün 300 min manat xərclədi
sosial

Keçmiş nişanlısından qurtulmaq üçün 300 min manat xərclədi

15-09-2026 15:00 14 Views
IMG

Özünü falçı kimi təqdim edərək külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Şərəf Əli-Zadənin cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

 

Tvit.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunaraq Şərəf Əli-Zadə yeddi il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, prokuror təqsirləndirilənin səkkiz il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

 

Xatırladaq ki, Şərəf Əli-Zadə özünü insanlara cadu və pis əməllərdən "təmizləyə" biləcək falçı kimi təqdim edərək, 2023-cü ilin fevral ayından 2024-cü ilin dekabr ayınadək olan müddətdə İsmayıl Məmmədovun sevdiyi xanımla ailə qurmasına, xanımın onu narahat edən keçmiş nişanlısından uzaqlaşdıracağına, Məmmədovu yüksəkməvacibli işə düzəltməyə kömək edəcəyinə, tanışı olan xəstə bir qadının sağalmasına yardım edəcəyini vəd edərək, müxtəlif vaxtlarda pullarını ələ keçirməklə İsmayıl Məmmədova ümumilikdə 302 894 manat maddi ziyan vurub.

 

Faktla bağlı cinayət işi başlanılıb, Şərəf Əli-Zadə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinərək, barəsində həbs qətimkan tədbiri seçilib.