Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Hakan Fidan Azərbaycana gəlir - Tarix açıqlandı
siyasət

Hakan Fidan Azərbaycana gəlir - Tarix açıqlandı

14-09-2026 15:00 25 Views
IMG

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək.

 

Tvit.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi Türkiyə Xarici İşlər Nazirliyindəki (XİN) mənbələrinə istinadən məlumat yayıb.


Sentyabrın 15-16-da baş tutacaq səfər çərçivəsində türkiyəli nazir azərbaycanlı həmkarı Ceyhun Bayramovla təkbətək və geniş tərkibli görüşlər keçirəcək. O cümlədən, nazirin Azərbaycanın müdafiə naziri Zakir Həsənovla da görüşü planlaşdırılır.

 

Bununla yanaşı, türkiyəli nazirin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi gözlənilir.

 

Planlaşdırılan görüşlərdə dövlət başçılarının müəyyənləşdirdiyi 15 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə çatmaq üçün səylərin artırılmasının vacibliyi, nəqliyyat və enerji sektorlarında ortaq layihələr müzakirə olunacaq. Eyni zamanda, Türk Dövlətləri Təşkilatı (TDT) da daxil olmaqla, müxtəlif beynəlxalq platformalardakı birgə fəaliyyət imkanları nəzərdən keçiriləcək.