Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Bakıda hoteldə səs-küy salan qadın həbs edildi
turizm

Bakıda hoteldə səs-küy salan qadın həbs edildi

11-09-2026 13:00 8 Views
IMG

Bakının Səbail rayonunda hoteldə səs-küy salan qadın həbs edilib.

 

Tvit.az Teleqraf.az-a istinadla xəbər verir ki, hadisə Neftçilər prospektində yerləşən otellərdən birində baş verib.

 

Saatlı rayon sakini, 1999-cu il təvəllüdlü A.Fətullayeva hoteldə mübahisə yaradıb, orada işləyən Mübariz Qəhrəmanlıya qarşı qeyri-etik ifadələr səsləndirib.

 

Mübariz Qəhrəmanlı izahatında qeyd edib ki, məlum hadisə günü, səhər saat 04:46 radələrində işlədiyi hoteldə üç nəfər yaxınlaşıb:

 

"Xanımlardan biri spirtli içki təsiri altında hoteldə səs-küy salmağa başladı. Onların hotelə bu vəziyyətdə daxil ola bilməyəcəklərini bildirdim. Bu zaman xanım şəxsiyyətimə qarşı qeyri-etik küçə söyüşləri işlətdi".

 

Təqsirli bilinən A.Fətullayeva isə izahatında özünü təqsirli bilib. O, hoteldə sərxoş halda olduğundan səs-küy salaraq nalayiq ifadələr işlətdiyini, etdiyi əməldən peşman olduğunu deyib.

 

Səbail Rayon Məhkəməsinin qərarı ilə A.Fətullayeva 10 gün müddətinə inzibati qaydada həbs edilib.