ABŞ prezidenti Donald Tramp İran xalqına ünvanladığı əvvəlki müraciətinin videosunu paylaşıb.
Tvit.az xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında paylaşıb.
“İranın böyük və qürurlu xalqı, azadlıq saatınız çox yaxındır. Biz işimizi bitirdikdən sonra suverenliyinizi və hakimiyyətinizi geri alın. Bu hakimiyyəti geri qaytarmaq sizin haqqınızdır”,- deyə Tramp söyləyib.
Qeyd edək ki, sözügedən müraciət ilk dəfə fevralın 28-də, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başladığı gün yayımlanmışdı.
Elmin Alışov