Fransa prezidenti Emmanuel Makron baş nazir Mişel Barnierin hökuməti istefaya göndərmək tələbini qəbul edib.
Tvit.az xəbər verir ki, bu barədə Yelisey Sarayı məlumat yayıb.
“Bu gün Baş nazir hökumətinin istefası ilə bağlı Respublika Prezidentinə müraciət edib və o, qəbul edib”, - deyə məlumatda deyilir. Qeyd olunur ki, Barnierin özü və Nazirlər Kabinetinin digər üzvləri yeni hökumət təyin olunana qədər cari işləri davam etdirəcəklər.
Aysel Şirinova