Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Moldova energetika naziri vəzifəsindən azad edildi
dünya

Moldova energetika naziri vəzifəsindən azad edildi

05-12-2024 18:00 88 Views
IMG

Moldova prezidenti Maya Sandu Viktor Parlikovun energetika naziri vəzifəsindən istefası haqqında fərman imzalayıb.

Tvit.az xəbər verir ki, bu barədə məlumat sənəd dövlət başçısının saytında dərc olunub.

"Viktor Parlikov energetika naziri vəzifəsindən geri çağırılsın", - sənədin mətnində deyilib.

 Fərman imzalandığı tarixdən, dekabrın 5-dən qüvvəyə minir.

Qeyd edək ki, cümə axşamı Moldovanın baş naziri Dorin Recean Parlikovun istefasını tələb edərək, onu tariflərin artmasına və enerji böhranına görə məsuliyyətə cəlb edib. Parlikovla birlikdə hökumət başçısı “Energocom” dövlət şirkətinin rəhbəri Viktor Bınzarın və “Moldovaqaz”ın müşahidə şurasındakı hökumət nümayəndəsi Sergey Tofilatın işdən çıxarılmasına göstəriş verib. O, onları isti mövsümdə sərfəli qiymətlərlə qaz alışını gecikdirməkdə ittiham edib.