Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm DTX-nin saxladığı şəxsə hökm oxundu
turizm

DTX-nin saxladığı şəxsə hökm oxundu

09-09-2026 10:00 21 Views
IMG

Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Cahid Kamal İsayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

Tvit.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən yekun prosesdə prokuror çıxışı zamanı yəqsirləndirilənin 9 il 6 ay azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

 

Müşavirədən sonra hökm elan edilərək Cahid Kamal İsayev 8 il 6 ay azadlıqdan məhrum edilib.

 

Xatırladaq ki, Rusiya vətəndaşı olan və bu ölkədə yaşayan Cahid Kamal İsayev 2025-ci ilin noyabrında Türkiyəyə səyahət edərkən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb və Azərbaycana ekstradisiya edilib.

 

C.İsayev Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışların bir qrup şəxs tərəfindən törədilməsi), 281-1.2-ci (Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atribut və simvolların bir qrup şəxs tərəfindən yayılması) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin zor tətbiqi və ya zor hədəsi ilə salınması) maddələri ilə ittiham olunub.