Britaniya İranın nüvə proqramı və digər sabitliyi pozan fəaliyyətləri ilə əlaqədar sanksiyaları sərtləşdirir.
Tvit.az xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər nazirinin müavini Stiven Doti bildirib.
O qeyd edib ki, yeni tədbirlər İranın ticarət, maliyyə və dəniz gəmiçiliyi sektorlarına təsir edəcək. Məhdudiyyətlər nüvə və hərbi proqramlarla əlaqəli qadağan olunmuş malların, texnologiyaların və xidmətlərin siyahısının genişləndirilməsini nəzərdə tutur.
Elmin Alışov