Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Beyləqanda ağır qəza, ölən var
turizm

Beyləqanda ağır qəza, ölən var

07-09-2026 19:00 20 Views
IMG

Beyləqan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Tvit.az" trend-ə istinadən xəbər verir ki, qəza rayon ərazisində baş verib.

Hadisə zamanı Bolsulu kənd sakini, 1962-ci il təvəllüdlü Seymur Kərimovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil qarşı tərəfdə hərəkətdə olan “Ford” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Toqquşma nəticəsində “VAZ-2107”nin sürücüsü S.Kərimov və onun avtomobildə olan 1996-cı il təvəllüdlü qızı Aytən Muradova xəsarət alıblar.

Yaralılar tibbi yardım göstərilməsi üçün Beyləqan Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, S.Kərimovun həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada vəfat edib.

A.Muradovaya ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Hadisə ilə bağlı araşdırma aparılır