Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Cəlilabadda yol tikintisi zamanı minilliklər əvvələ aid saxsı qablar tapıldı
sosial

Cəlilabadda yol tikintisi zamanı minilliklər əvvələ aid saxsı qablar tapıldı

07-09-2026 15:00 14 Views
IMG

Cəlilabad rayonu Ağdaş kəndi ərazisində yol tikintisi işləri zamanı Tunc dövrünə aid saxsı qablar aşkar olunub.

 

Tvit.az "Report"a istinadən xəbər verir ki, yol çəkilişi zamanı torpaq işləri həyata keçirilərkən yerin altından müxtəlif saxsı qablar və küplər tapılıb.

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, dosent Vəfa Mahmudova bildirib ki, ilkin qiymətləndirməyə əsasən, tapıntılar Son Tunc - İlk Dəmir dövrünə aiddir.

 

Tapıntılarla bağlı aidiyyəti qurumlara məlumat verilib. Ərazidə əlavə arxeoloji araşdırmaların aparılması, yeni nümunələrin olub-olmamasının müəyyənləşdirilməsi və aşkar olunan materialların dəqiq tarixinin müəyyən edilməsi gözlənilir.