İranın Qəzvin əyalətində 3,5 bal gücündə zəlzələ baş verib.
Tvit.az bu barədə İran mətbuatına istinadən xəbər verir.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 7 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində mümkün xəsarət və ya dağıntılar barədə hələlik məlumat verilməyib.
Elmin Alışov