Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial M2 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılıb
sosial

M2 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılıb

07-09-2026 11:00 17 Views
IMG

Metronun "İnşaatçılar", "Nizami" və "28 May" stansiyaları arasında fəaliyyət göstərən M2 nömrəli ekspres marşrutda yenilik tətbiq edilib.

 

Tvit.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

 

Bildirilib ki, sərnişinlərin nəqliyyat vasitəsinə minməsi prosesini sürətləndirmək və gözləmə müddətini azaltmaq məqsədilə ekspres avtobuslara ikinci oxuma cihazı (validatorlar) quraşdırılır. Bununla da sərnişinlər eyni anda ön və orta qapıdan salona daxil ola bilərlər.

 

Xatırladaq ki, daha əvvəl M1 nömrəli ekspres marşrutda təcrübə uğurla sınaqdan keçirilib.