Tehran Universitetinin Yaxın Şərq və Şimali Afrika araşdırmaları üzrə tədqiqatçısı Məhəmməd Eslaminin sözlərinə görə, son münaqişədən sonra Vaşinqtonla Tehran arasında real diplomatik prosesin bərpası perspektivləri qeyri-müəyyən olaraq qalır.
Tvit.az xəbər verir ki, Eslami “Əl-Cəzirə”yə açıqlamasında İran, ABŞ və digər tərəflərin böhranın diplomatik yolla həlli istiqamətində real danışıqları davam etdirmək imkanlarının sual altında olduğunu bildirib.
Onun sözlərinə görə, hər iki ölkə hazırda daxili siyasətə ciddi diqqət yetirir. ABŞ administrasiyası aralıq seçkilərə, bəzi rəsmilər isə növbəti prezident seçkilərinə hazırlaşır.
Eslami həmçinin İran ictimai rəyinin münaqişənin gələcək istiqamətinə təsir edən əsas amillərdən birinə çevrildiyini deyib. Onun sözlərinə görə, Vaşinqton müharibədən əvvəl və münaqişə zamanı ABŞ-ın rolu və məqsədləri ilə bağlı İran cəmiyyətindəki mövqeyə təsir göstərməyə çalışıb.
“İran xalqı amerikalılara etibar etmir”, – deyə Eslami bildirib. O, İran cəmiyyətində ABŞ-ın İrandan əlavə, Əfqanıstan və İraqdakı hərbi əməliyyatları və bölgədəki fəaliyyəti ilə bağlı mənfi yanaşmanın güclü olduğunu qeyd edib.
Aysel Şirinova