Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Narkotik qəbul edib sükan arxasına keçən şəxs həbs olunub
turizm

Narkotik qəbul edib sükan arxasına keçən şəxs həbs olunub

04-09-2026 17:00 39 Views
IMG

Masallı rayonu ərazisində "Mercedes" markalı avtomobilin sürücüsü yol hərəkəti qaydasını pozduğu üçün polis şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən ona "saxla" işarəsi verilib.

 

Tvit.az xəbər verir ki, yoxlama zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən T.Əliyevin narkotik vasitədən istifadə etməsinə də şübhələr yarandığından o, tibbi müayinədən keçirilib. Nəticədə həmin şəxsin narkotik vasitədən istifadə etdiyi müəyyənləşib.


Məhkəmənin qərarı ilə T.Əliyev inzibati qaydada həbs olunub.