Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
sosial

Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

04-09-2026 16:00 20 Views
IMG

Aparılacaq təmir işləri ilə əlaqədar Bakının Sabunçu rayonu, Bəşir Bünyadov küçəsinin bir hissəsində və Ramana qəsəbəsi Mehdi Hüseynzadə küçəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

 

Tvit.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

 

Bildirilib ki, təmir işlərinə sentyabrın 5-də saat 07:00-dan etibarən start veriləcək.

 

Hərəkətin qismən məhdudiyyəti təmir işləri bitənə qədər qüvvədə olacaq.

 

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və qeyd olunan ərazidə hərəkət edərkən diqqətli olmaları xahiş edilir", - deyə AAYDA-nın məlumatında deyilir.