Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Tramp: İranın nüvə silahına sahib olmasının qarşısını almaqla Avropanı da xilas etdim
dünya

Tramp: İranın nüvə silahına sahib olmasının qarşısını almaqla Avropanı da xilas etdim

04-09-2026 10:00 17 Views
IMG

Dünən ABŞ prezidenti Donald Tramp İranın nüvə silahına sahib olmasının qarşısının alınmasının yalnız ABŞ-nin deyil, Avropa ölkələrinin, o cümlədən Britaniyanın təhlükəsizliyinə xidmət etdiyini bildirib. 


Tvit.az xəbər verir ki, Tramp bu barədə “GB News” telekanalına müsahibəsində danışıb.


ABŞ prezidenti qeyd edib ki, İranın nüvə silahı əldə etməsinin qarşısını almaqla Avropanı və Britaniyanı da mümkün təhlükədən qoruyub.


Onun sözlərinə görə, İranın nüvə silahına sahib olması halında bu silahların ABŞ-dən daha çox Avropaya qarşı istifadə edilməsi ehtimalı yüksək olardı.


Elmin Alışov