Qusar rayonunda yarımtikilidə meyit tapılıb.
Tvit.az-ın məlumatına görə, hadisə avqustun 10-da rayonun Hil kəndində baş verib.
Kənd sakini Sakit Nazir oğlu Bağıyevin meyiti bağ sahələrindən birindəki yarımtikilidə tapılıb.
Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.