İmişli rayonunda bədbəxt hadisə baş verib.
Tvit.az xəbər verir ki, hadisə Rəsullu kəndində qeydə alınıb.
Kənd sakini, 2021-ci il təvəllüdlü Ö.Xəlilovun idarə etdiyi velosiped hərəkətdə olan zaman traktora çırpılıb. Nəticədə azyaşlı traktorun altında qalaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Report