Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial DGK-da yeni idarə yaradıldı, rəis təyin edildi
sosial

DGK-da yeni idarə yaradıldı, rəis təyin edildi

30-07-2026 13:00 10 Views
IMG

Dövlət Gömrük Komitəsində (DGK) struktur dəyişikliyi olub.

 

Tvit.az "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı DGK-nın sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov əmr imzalayıb.

 

Belə ki, DGK-nın Kibertəhlükəsizlik şöbəsi ləğv edilib, əvəzində isə Kibertəhlükəsizlik idarəsi yaradılıb.

 

Gömrük xidməti mayoru Turqut Tehran oğlu Vəliyev Kibertəhlükəsizlik idarəsinin rəisi vəzifəsinə təyin olunub.