Qaragilə yalnız ləzzətli yay giləmeyvəsi deyil, həm də sağlamlıq üçün son dərəcə faydalı bir qidadır. Rusiyalı həkim-diyfetoloq və endokrinoloq Anton Polyakov bu giləmeyvənin orqanizmə xeyri və nə üçün gündəlik rasiona daxil edilməsinin vacibliyi barədə danışıb.
Tvit.az xəbər verir ki, bu barədə aif.ru saytı məlumat yayıb.
"Qaragilənin tərkibində iltihabəleyhinə təsirə malik, qocalma prosesini ləngidən, hüceyrələrin oksidləşməsinin qarşısını alan və damarların sağlamlığını dəstəkləyən bol miqdarda antioksidantlar var", - deyə A.Polyakov qeyd edib.
Ekspertin sözlərinə görə, qaragilədə C vitamininin miqdarı göy giləmeyvəyə (qarağata) nisbətən daha yüksəkdir. Bu vitamin damarları gücləndirməyə kömək edir və immun sisteminin stabil fəaliyyətini təmin edir. Mütəxəssis, həmçinin bu giləmeyvənin K və A vitaminləri daxil olmaqla, bir sıra digər dəyərli maddələrlə də zəngin olduğunu vurğulayıb.