Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Salyanda kişi ov tüfəngi ilə vuruldu - Keçmiş qayınatası saxlanıldı
turizm

Salyanda kişi ov tüfəngi ilə vuruldu - Keçmiş qayınatası saxlanıldı

29-07-2026 09:00 68 Views
IMG

İyulun 29-u gecə saatlarında Salyan rayonu ərazisində qətl hadisəsi baş verib.

 

Tvit.az "Report"a istinadən xəbər verir ki, 1980-ci il təvəllüdlü Famil Lətifov yaşadığı evin həyətində odlu silahla qətlə yetirilib.

 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə F.Lətifovu güllələməkdə şübhəli bilinən keçmiş qayınatası - 1966-cı il təvəllüdlü Natiq Sadıqov saxlanılaraq istintaqa təhvil verilib. Ondan cinayətin aləti olan ov tüfəngi götürülüb. N.Sadıqovun hadisə vaxtı vaxtı sərxoş olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.