Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Goranboyda maşın arakəsməyə çırpılıb: Xəsarət alanlar var
turizm

Goranboyda maşın arakəsməyə çırpılıb: Xəsarət alanlar var

28-07-2026 14:00 25 Views
IMG

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

 

Tvit.az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

 

"Chevrolet" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı dəmir arakəsməyə çırpılıb.

 

Qəza zamanı 1966-cı il təvəllüdlü Yusif Əşrəfov və 1966-cı il təvəllüdlü C.Quliyeva xəsarət alıblar.

 

Yaralılar xəstəxanaya yerləşdiriliblər.


Məlumata görə, qəzaya düşən avtomobilin sürücüsü 44 günlük Vətən müharibəsinin şəhidi Məhəmməd Əşrəfovun atasıdır.