Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial İlin birinci yarısında 815 kişi ödənişli atalıq məzuniyyəti götürüb
sosial

İlin birinci yarısında 815 kişi ödənişli atalıq məzuniyyəti götürüb

27-07-2026 14:00 16 Views
IMG

Azərbaycanda bu ilin birinci yarımilində 331 işəgötürən 815 kişiyə ödənişli atalıq məzuniyyəti verib.

 

Bu barədə Report-a Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.

 

Qeyd edilib ki, bu məzuniyyət uşağın doğulmasından əvvəlki və sonrakı dövrləri əhatə edir.

 

İşçiyə ödənişli atalıq məzuniyyətinin verilməsi barədə əmr işəgötürən tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) elektron qaydada rəsmiləşdirilir.