Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Bakıda güclü külək: Xəsarət alanlar var
turizm

Bakıda güclü külək: Xəsarət alanlar var

27-07-2026 12:00 22 Views
IMG

Küləkli hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri üzrə iki çağırış qeydə alınıb.

 

Bu barədə Tvit.az-a TƏBİB-dən məlumat verilib.

 

Bildirilib ki, çağırış ünvanlarına təcili tibbi yardım briqadası cəlb olunub.

 

Saat 07:55 radələrində Səbail rayonu, Xəqani küçəsi ərazisindən qeydə alınan çağırış zamanı təcili tibbi yardım briqadası tərəfindən bir qadın Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

 

Saat 10:25 radələrində Nizami rayonu, Atletlər kəndi ərazisindən qeydə alınan çağırış zamanı isə bir kişi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.