Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Qonaq getdiyi qohumunun evini taladı
turizm

Qonaq getdiyi qohumunun evini taladı

24-07-2026 15:00 9 Views
IMG

Qohumunun evindən oğurluq edən şəxs saxlanılıb.

 

Tvit.az-ın məlumatına görə, paytaxtın Xətai rayonunda talama cinayəti qeydə alınıb. Zərərçəkən polisə müraciət edərək yaşadığı evdən iki min manat dəyərində qızıl-zinət əşyası və 800 dollar nağd pulun naməlum şəraitdə oğurlandığını bildirib.

 

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən, zərərçəkənin qohumu - 28 yaşlı L.Əhmədzadə müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı saxlanılan şəxsin qonaq olduğu evdən hissə-hissə oğurluq etdiyi məlum olub.

 

Faktla bağlı araşdırmalar aparılır.