Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Xaçmaz və Xudatda yolların təmiri üçün milyonluq tender elan edildi
sosial

Xaçmaz və Xudatda yolların təmiri üçün milyonluq tender elan edildi

24-07-2026 15:00 10 Views
IMG

Xaçmaz Rayon İcra Hakimiyyəti Xaçmaz və Xudat şəhərlərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı açıq tender elan edib.

 

Tvit.az-ın əldə etdiyi məlumata görə, tenderin ehtimal olunan qiyməti 1 milyon 246 min manat təşkil edir.

 

Müsabiqənin sənədlərinə əsasən, satınalma çərçivəsində Xaçmaz və Xudat şəhərlərində avtomobil yollarının əsaslı təmir işlərinin görülməsi nəzərdə tutulur.

 

Layihə çərçivəsində yararsız qrunt qatının qazılması və daşınması, yol əsaslarının qum-çınqıl qarışığı ilə hamarlanması, qırmadaş əsas qatının salınması, iri və xırda dənəli asfalt örtüyünün çəkilməsi, beton səthlərin sökülməsi, yol kənarlarının bərkidilməsi, səki və bordürlərin quraşdırılması, yağış sularının kənarlaşdırılması üçün suötürücü sistemlərin tikintisi, yol nişanlarının və yol cizgi xətlərinin çəkilməsi də daxil olmaqla müxtəlif tikinti-quraşdırma işlərinin həyata keçirilməsi planlaşdırılır.