Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq
sosial

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

24-07-2026 08:00 13 Views
IMG

Paytaxtın bəzi hissələrində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

 

Tvit.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

 

Bildirilib ki, elektrik enerjisinin verilişinin keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması və təmir-təftiş işləri ilə əlaqədar saat 09:00-dan 13:00-dək Nərimanov rayonu üzrə Atatürk prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən yaşayış binalarında, Azadlıq prospektinin bir hissəsində, Mövsüm Sənani və Mirəli Qaşqay küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

 

Eyni zamanda, saat 10:00-dan 13:00-dək Yasamal rayonu üzrə Hüseyn Cavid prospektinin bir hissəsində və Bəxtiyar Vahabzadə küçəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.

 

Suraxanı rayonunun Suraxanı qəsəbəsində 14 İyul küçəsində saat 10:00-dan 14:00-dək elektrik enerjisinin verilişi dayandırılacaq.

 

Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.