Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
sosial

Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı

22-07-2026 17:00 12 Views
IMG

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) iyulun 23-26-də Bakıda keçiriləcək "Dream Fest" Beynəlxalq Musiqi Festivalının iştirakçılarının rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək, yollarda yarana biləcək sıxlığın qarşısını almaq məqsədilə avtobuslar ayırıb.

 

Bu barədə Tvit.az-a AYNA-dan məlumat verilib.

 

Bildirilib ki, ziyarətçilərin həmin tarixlərdə hər gün saat 17:00-dan 19:30-a qədər "Koroğlu" metrostansiyasının şimal çıxışındakı Nəqliyyat Mübadilə Mərkəzindən "Sea Breeze"ə, saat 22:00 dan 00:00-dək isə geriyə daşınması ödənişsiz şəkildə təmin ediləcək:

 

"Sea Breeze" və ətrafında parklanma yerlərinin məhdud olmasını nəzərə alaraq, festival iştirakçıları və qonaqlarına səfərlərini şəxsi minik avtomobilləri ilə deyil, xüsusi ayrılmış avtobuslarla həyata keçirmələri tövsiyə olunur".