İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Tvit.az xəbər verir ki, hadisə bu gün saat 07:00 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
1970-ci il təvəllüdlü İlham Rəsul oğlu Məmmədovun idarə etdiyi "Lexus" markalı, 77-FG-393 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetmədən çıxaraq maneəyə çırpılıb.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Məlumata görə, onun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.