Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm 31 ton dizel olan avtomobildə yanğının qarşısı alındı
turizm

31 ton dizel olan avtomobildə yanğının qarşısı alındı

15-07-2026 09:00 18 Views
IMG

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında yanacaq daşıyan avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

 

FHN-in Mətbuat xidmətindən Tvit.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qoşqusunda otuz bir ton dizel yanacağı olan “Mersedes” markalı avtomobilin kabinə hissəsində baş vermiş yanğın yanacaq çəninə keçməsinə və ağır fəsadlar törətməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Yanğın nəticəsində avtomobilin kabinə hissəsi yanıb.

 

Xəsarət alan olmayıb.

 

Avtomobilin qoşqusunda olan yanacaqla dolu yanacaq çəni yanğından mühafizə olunub.