Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Göygöldə bələdiyyə sədrinin burnunu sındıran qazi azadlığa buraxıldı
turizm

Göygöldə bələdiyyə sədrinin burnunu sındıran qazi azadlığa buraxıldı

22-06-2026 14:00 35 Views
IMG

Göygöldə qazi bələdiyyə sədrini döyüb.


Tvit.az-ın məlumatına görə, hadisə 2025-ci ilin iyun ayında, saat 12 radələrində Göygöl rayonunun Üçtəpə kəndində yerləşən Üçtəpə-Qızılca kənd bələdiyyəsinin inzibati binasında baş verib.

 

Vətən müharibəsi iştirakçısı, qazi Elşən İsmayılov kənd ərazisində obyekt tikdirmək istəyib və buna görə bələdiyyə sədri Rza Məmmədovdan işçi qüvvəsi tələb edib. Müraciətinə müsbət cavab ala bilməyən qazi inzibati binaya gələrək Rza Məmmədovla mübahisə edib. Mübahisə zamanı o, Rza Məmmədova zərbələr endirərək onun burnunu sındırıb, bələdiyyə sədrinin otağındakı komputer və digər əşyaları qırıb. O, daha sonra bələdiyyənin daha bir əməkdaşına hücum edərək ona da xəsarət yetirib.

 

Hadisə yerinə polis əməkdaşları gəliblər və E.İsmayılov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş Göygöl Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə E.İsmayılov 2 il 3 ay azadlıqdan məhrum edilib.

 

Qərarla razılaşmayan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib, E.İsmayılovun ailə vəziyyəti nəzərə alınaraq ona Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib və cəzası şərti hesab olunub. E.İsmayılov dərhal azadlığa buraxılıb.