Bakıda restoranda ölüm hadisəsi baş verib.
Tvit.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, iyunun 20-də saat 22 radələrində 1958-ci il təvəllüdlü paytaxt sakini Qızxanım Hüseynova Atatürk prospekti, 69-da yerləşən "Lido" restoranında qəfil vəfat edib.
Onun ürək çatışmazlığından həyatını itirdiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır.